Cəbrayıl və Füzulidə baş verən yanğın söndürülüb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayıl və Füzulidə baş verən yanğın söndürülüb - VİDEO

11:41 - 09 / 01 / 2026
Cəbrayıl və Füzulidə baş verən yanğın söndürülüb - VİDEO

Cəbrayıl və Füzulidə açıq ərazilərdə baş verən yanğınlar söndürülüb.

1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğınlar daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Paylaş:
258

Son xəbərlər

Bütün xəbərlər