Qızıl külçələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qızıl külçələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

Qafar Ağayev13:26 - Bu gün
Qızıl külçələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl külçələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən 1news.az-a verilən məlumat görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşının çantalarına stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı çantalardan birində gömrük orqanına əvvəlcədən bəyan olunmayan, ümumilikdə çəkisi 372,5 qram təşkil edən 44 ədəd “PAMP” markalı qızıl külçələr aşkarlanıb.

Paylaş:
119

Son xəbərlər

Bütün xəbərlər