Paytaxtda avtobusda soyğunçuluq edən 3 nəfər saxlanılıb
Yanvarın 8-də Bakıda Nizami rayon sakini olan bir nəfər polisə müraciət edərək ictimai nəqliyyatda tanımadığı şəxslər tərəfindən təqib edildiyini və avtobusdan düşərkən onun mobil telefonunu alaraq hadisə yerindən uzaqlaşdıqlarını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər müəyyən olunaraq saxlanılıb.
Onların zərərçəkəni təqib etməsi və hadisəni törətməsi kameralar vasitəsilə də qeydə alınıb.
Faktla bağlı araşdırmalar aparılır.
77












