ARB-nin yayımı 3 saatlıq dayandırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

ARB-nin yayımı 3 saatlıq dayandırılacaq

Qafar Ağayev17:16 - Bu gün
ARB-nin yayımı 3 saatlıq dayandırılacaq

13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilmişdir.

Bu barədə 1news.az-a Audiovizual Şuradan məlumat verilib.

Belə ki, iclasda "ARB" kanalının efirində "Media haqqında" Qanunun pozulması faktı müzakirə olunub.

10 yanvar tarixində kanalın efirində saat 23.00-23.55 arası yayımlanan "Səkkiz" serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə edib və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb. Beləliklə, "Media haqqında" Qanunun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması halı baş verib və pozuntu faktı Audiovizual Şuranın mütəxəssisləri tərəfindən təsbit olunub.

Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri ARB kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 saatlıq dayandırlması barədə qərar qəbul edib.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər