Ötən gün işğaldan azad olunan bölgələrdən aşkarlanan silah-sursatın sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün işğaldan azad olunan bölgələrdən aşkarlanan silah-sursatın sayı açıqlanıb

Qafar Ağayev11:42 - Bu gün
Ötən gün işğaldan azad olunan bölgələrdən aşkarlanan silah-sursatın sayı açıqlanıb

Ötən gün işğaldan azad olunan bölgələrdə xeyli silah-sursat aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Yanvarın 13-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 9 avtomat silahı, 3 tapança, 2 qumbaraatan, 5 qumbara, 26 tüfəng, 18 patron darağı və 1286 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər