Bakıda güclü külək altı ağac aşırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda güclü külək altı ağac aşırdı

Qafar Ağayev11:55 - Bu gün
Bakıda güclü külək altı ağac aşırdı

Bakıda gecədən səhərə kimi davam edən güclü külək nəticəsində altı ağac aşıb, üç ağacın budaqları qırılıb.

1news.az xəbər verir ki, güclü küləyə görə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin "Qaynar xətt"inə doqquz müraciət daxil olub.

Müraciətlər Xətai, Nizami və Binəqədi rayonlarını əhatə edib.

Birliyin əməkdaşları aşmış ağacları götürərək ərazini təmizləyiblər.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər