Xırdalanda dəmir məhəccərlər oğurlayan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda dəmir məhəccərlər oğurlayan şəxs saxlanılıb

13:58 - Bu gün
Xırdalanda dəmir məhəccərlər oğurlayan şəxs saxlanılıb

Abşeron rayonu, Xırdalan şəhərində binaların qarşısından dəmir məhəccərlərin oğurlanması barədə polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən 33 yaşlı Z. Həsənzadə saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər