ASCO-ya sədr təyin olunan Əfqan Cəlilovun DOSYESİ | 1news.az | Xəbərlər
Cəmiyyət

ASCO-ya sədr təyin olunan Əfqan Cəlilovun DOSYESİ

Qafar Ağayev17:51 - Bu gün
ASCO-ya sədr təyin olunan Əfqan Cəlilovun DOSYESİ

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Əfqan Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

1news.az yeni sədrin tərcümeyi-halını təqdim edir.

Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995–2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsində bakalavr təhsili alıb, daha sonra isə qiymət və qiymətin əmələ gəlməsi ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.

2002–2005-ci illərdə Milli Bankın Bazar əməliyyatları departamentində çalışıb. 2005–2013-cü illərdə “AGBank” ASC-də Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə nəzarəti üzrə baş direktor vəzifələrində işləyib. 2013-cü ildə “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib. 2016–2020-ci illərdə isə bankın İdarə Heyətinin sədri vəzifəsini icra edib.

2021–2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri olub. 2023-cü il oktyabrın 30-da RİNN-in tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib.

Bugünkü təyinata qədər Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edib.

Əfqan Cəlilov 2013-cü ildə Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən Beynəlxalq Maliyyə Hesabatları üzrə diplomla təltif olunub.

O, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təyin edilib.

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər