Masallıda narkotiklərin satışını təşkil etməkdə sübhəli şəxslər saxlanılıblar
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
1news.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilir ki, tədbirlərlə 19 yaşlı Məhəmməd Əsgərov şübhəli şəxs qismində saxlanılıb. Ondan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq M.Əsgərova narkotik vasitə və psixotrop maddə satan şəxsin 26 yaşlı Vəsayət Buludov olduğu müəyyən edilib və o, saxlanılıb.
Həmin şəxsdən də metamfetamin, heroin və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
69












