“Qurtuluş” Reabilitasiya Mərkəzi ilə bağlı üç maddə üzrə cinayət işi başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qurtuluş” Reabilitasiya Mərkəzi ilə bağlı üç maddə üzrə cinayət işi başlanılıb

17:33 - Bu gün
“Qurtuluş” Reabilitasiya Mərkəzi ilə bağlı üç maddə üzrə cinayət işi başlanılıb

Baş Prokurorluq "Qurtuluş" Reabilitasiya Mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a bildirilib ki, "Qurtuluş" Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər