Bakıda iki bacı dəm qazından boğularaq ölüb
Bakıda iki bacı dəm qazından boğularaq ölüb.
1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə gecə saatlarında Qaradağ rayonunda baş verib.
Ələt qəsəbə sakini 1951-ci il təvəllüdlü Minəxanım Qəzənfər qızı Məmmədova və bacısı 1955-ci il təvəllüdlü Almaz Abbasova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.
78












