Xankəndi, Xocalı və Ağdərədə 20 Yanvar şəhidləri anıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndi, Xocalı və Ağdərədə 20 Yanvar şəhidləri anıldı - FOTO

Qafar Ağayev12:33 - Bu gün
Xankəndi, Xocalı və Ağdərədə 20 Yanvar şəhidləri anıldı - FOTO

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

1news.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Saat 12:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Xankəndi, Xocalı və Ağdərədə də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəhərdə nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Avtomobillərin siqnal səsi ilə şəhidlərimiz anılıb. Bayraqlar yarıya qədər endirilib.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər