Wolt Azərbaycanda Wolt+ Həftələri kampaniyasını start verir və üzvlərə xüsusi endirimlər və təkliflər təqdim edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Wolt Azərbaycanda Wolt+ Həftələri kampaniyasını start verir və üzvlərə xüsusi endirimlər və təkliflər təqdim edir

16:46 - Bu gün
Wolt Azərbaycanda Wolt+ Həftələri kampaniyasını start verir və üzvlərə xüsusi endirimlər və təkliflər təqdim edir

Wolt+ abunəliyinə həsr olunmuş və şirkətin qlobal miqyasda ən böyük marketinq kampaniyası olan Wolt+ Həftələri başladı.

Kampaniya beşinci dəfədir ki, həyata keçirilir və 2026-cı ilin yanvarında başlayıb.

Üç həftə ərzində — 15 yanvar – 4 fevral 2026-cı il tarixlərində — Azərbaycanda Wolt+ üzvləri platformadakı restoran və mağazalardan eksklüziv təkliflərxüsusi endirimlər əldə edəcəklər.

Wolt+ Həftələri kampaniyası çərçivəsində ilk dəfə olaraq təkliflər həftəlik əsasda yenilənəcək. Wolt tətbiqində təqdim olunan xüsusi təkliflər təqvimi vasitəsilə istifadəçilər qarşıdakı günlərdə hansı endirimlərin və kateqoriyaların aktiv olacağını əvvəlcədən görə biləcəklər. Bu format kampaniyada iştirakı daha şəffaf edir və istifadəçiləri tətbiqə mütəmadi olaraq geri qayıtmağa təşviq edir.

Azərbaycanda kampaniya çərçivəsində Wolt+ üzvləri restoranlar və mağazalardan verilən sifarişlərdə 50%-dək endirimlərdən yararlana biləcəklər. Kampaniyaya həmçinin xüsusi abunə qiymətləri daxildir və bəzi təkliflər yalnız Wolt+ üzvləri üçün nəzərdə tutulub. Təkliflərin həftəlik rotasiyası restoran və mağazalara zamanla istifadəçi diqqətini cəlb etməyə imkan verir və həm kiçik və orta bizneslərin, həm də iri şəbəkələrin Wolt+da iştirakının üstünlüklərini hiss etməsinə şərait yaradır.

Wolt+ Həftələri kampaniyası artıq Azərbaycanda Wolt istifadəçiləri üçün aktivdir.

Reklam hüququnda

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər