Hövsanda avtobuslar toqquşdu - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hövsanda avtobuslar toqquşdu - VİDEO

10:24 - 21 / 01 / 2026
Hövsanda avtobuslar toqquşdu - VİDEO

Bakının Hövsan qəsəbəsidə "Bakubus"a aid 121E və 210 saylı sərnişin avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, ilkin məlumata görə, qəzanın sürüşkən hava şəraiti ilə əlaqəli olduğu ehtimal edilir. Qarlı və buzlu yol şəraiti nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib ki, bu da toqquşmaya səbəb ola bilər.

Hadisə ilə bağlı xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş:
266

Son xəbərlər

Bütün xəbərlər