Natiq Məmmədli: Azərbaycan dezinformasiyanın hədəfindədir
“Azərbaycan dezinformasiyanın hədəfindədir”
1news.az xəbər verir ki, “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda keçirilən ictimai müzakirədə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.
“Ona görə də biz dezinformasiya ilə mübarizədə işləri genişləndirməliyik. Dezinformasiya düzgün informasiyadan 6 dəfə daha sürətlə yayılır”.
N.Məmmədli deyib ki, Azərbaycanda dezinformasiyaya qarşı mübarizə aparmaq üçün güclü siyasi sistem mövcuddur.
“Dezinformasiya insanların məlumatı düzgün qavramasına mane olur və bunun nəticəsində daha ciddi problemlər yaranır. Xüsusilə, süni intellekt əsaslı kontent dezinformasiyanın yayılmasında ciddi təhdid kimi qiymətləndirilir.
Ekspert dezinformasiyanın sürətlə yayılmasının əsas səbəblərindən birinin dünya üzrə mediaya olan ictimai etimadın azalması olduğunu vurğulayıb: “Media həqiqəti yaymalıdır, lakin beynəlxalq mediada bu həmişə mümkün olmur. Nəticədə mediaya olan inam azalır və onun bərpası vacib məsələdir”.
N.Məmmədli əlavə edib ki, cəmiyyətlərdə media savadlığı nə qədər yüksək olarsa, dezinformasiyaya qarşı mübarizə də bir o qədər effektiv olur.
“Şuşa qlobal forumlarında və Azərbaycan-Türkiyə birgə media platformalarında dezinformasiyaya qarşı tədbirlər müzakirə edilir və hazırda bu mexanizmlərin daha da təkmilləşdirilməsi üzərində iş gedir”.











