Lerikdə güclü qar evin dam örtüyünü uçurub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lerikdə güclü qar evin dam örtüyünü uçurub - FOTO

Qafar Ağayev13:36 - Bu gün
Lerikdə güclü qar evin dam örtüyünü uçurub - FOTO

Lerikdə güclü qar nəticəsində evin dam örtüyü uçub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Lerik rayonunun Hamarmeşə kəndində qeydə alınıb. Kənd sakini Asəf Muradova məxsus fərdi yaşayış evinin dam örtüyü qarın ağırlığına tab gətirməyərək uçub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Damın uçması səbəbindən ev yaşayış üçün yararsız hala düşüb.

Hadisə barədə müvafiq qurumlara məlumat verilib, ailə müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib. Evdə olan əşyalar çıxarılıb.

Qeyd edək ki, kəndə 1 metrə yaxın qar yağıb.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər