Bakıda motosikletlə avtomobil toqquşub, 1 nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda motosikletlə avtomobil toqquşub, 1 nəfər ölüb

Qafar Ağayev11:56 - Bu gün
Bakıda motosikletlə avtomobil toqquşub, 1 nəfər ölüb

Ötən gün axşam saatlarında paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən 1news.az-averilən məlumata görə, hadisə nəticəsində motosikletin sürücüsü 19 yaşlı Ramal Səfərli həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

"Bu hadisədə 19 yaşlı gənc həyatını itirdi. Növbəti belə qəzaların baş verməməsi üçün qaydalara əməl etmək vacibdir. Yollarda faciələrin yaşanmaması üçün hərəkət iştirakçıları diqqətli olmalı və ən əsası yol hərəkəti qaydalarına riayət etməlidirlər", NİİM-dən bildirilib.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər