İşçi hərbi xidmətə çağırıldıqda ona nə qədər müavinət ödənilməlidir? - Açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

İşçi hərbi xidmətə çağırıldıqda ona nə qədər müavinət ödənilməlidir? - Açıqlama

Qafar Ağayev12:25 - Bu gün
İşçi hərbi xidmətə çağırıldıqda ona nə qədər müavinət ödənilməlidir? - Açıqlama

“İşçi həqiqi hərbi xidmətə çağırıldıqda əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinə uyğun olaraq xitam verilib”.

1news.az xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında deyib.

“Bu halda Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilməlidir”.

O əlavə edib ki, 16 yanvar 2026-cı il tarixinədək, yəni Əmək Məcəlləsinə edilmiş dəyişikliklər Prezident İlham Əliyev tərəfindən təsdiqlənənədək, bu müavinətin məbləği orta aylıq əməkhaqqının iki mislini təşkil edirdi.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər