Kimlər saathesabı maaş sisteminə keçə bilər? | 1news.az | Xəbərlər
Cəmiyyət

Kimlər saathesabı maaş sisteminə keçə bilər?

12:44 - Bu gün
Kimlər saathesabı maaş sisteminə keçə bilər?

Saathesabı əməkhaqqıya keçid layihəsi hazırda hökumətə təqdim edilib və müzakirə çərçivəsindədir.

1news.az xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilən mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda çıxış edərkən deyib.

O bildirib ki, bu istiqamətdə məqsədyönlü işlər nəzərdə tutulub və “Bir çox ölkələrdə həm aylıq minimum əməkhaqqı, həm də saathesabı maaş sistemi mövcuddur. Azərbaycanda saathesabı əmək müqaviləsinə ilkin mərhələdə natamam əmək müqaviləsi, həmçinin 1 aylıq əmək müqaviləsi ilə işləyənlərin keçidi planlaşdırılır”.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər