Yol polisindən profilaktik tədbir: Sükan arxasında telefondan istifadə edən sürücü saxlanıldı - VİDEO
Bu günədək aparılan müşahidələr və statistik göstəricilər sübut edir ki, sükan arxasında sürücünün diqqətinin yayınması yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biridir.
Hərəkət zamanı mobil telefonu əldə saxlamaqla istifadə etmək sürücünün reaksiya vermə müddətini azaldır və təhlükəli vəziyyətin vaxtında qiymətləndirilməsinə mane olur.
DİN Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, yol polisi tərəfindən keçirilən növbəti profilaktik tədbir zamanı hərəkət zamanı mobil telefonu əldə saxlamaqla ondan istifadə edən sürücü müəyyən olunub. Onunla maarifləndirici söhbət aparılmaqla qanunvericiliyin tələbləri diqqətinə çatdırılıb.
Unutmaq olmaz ki, sürücü yalnız öz həyatına deyil, piyadaların, sərnişinlərin və digər hərəkət iştirakçılarının da təhlükəsizliyinə birbaşa cavabdehdir. Bir neçə saniyəlik diqqətsizlik ağır nəticələrə, bəzən isə geri dönüşü olmayan faciələrə səbəb ola bilər. Ona görə də hər bir sürücünü məsuliyyətli olmağa və təhlükəli davranışlardan çəkinməyə çağırırıq.












