Füzulidə 16 kq narkotik dövriyədən çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidə 16 kq narkotik dövriyədən çıxarılıb

Qafar Ağayev10:17 - Bu gün
Füzulidə 16 kq narkotik dövriyədən çıxarılıb

Füzulidə 16 kiloqram narkotik vasitə dövriyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Əyyub Məlikov və əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıblar.

Onladan 12 kiloqram 635 qram marixuana, 2 kiloqram 880 qram tiryək, 1 kiloqrama yaxın metamfetamin və 800 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb. Bu şəxslərin narkotik vasitələri satmaq məqsədi ilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb. Ə.Məlikov və R.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Paylaş:
124

Son xəbərlər

Bütün xəbərlər