Bakıda antibiotik vurulan kişi öldü
Bakıda iynə vurulan kişi şoka düşərək ölüb.
1news.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə yanvarın 22-də gecə saatlarında paytaxtın Binəqədi rayonunda baş verib. Rayon sakini,1966-cı il təvəllüdlü Vüqar Məmmədovun səhhətində problem yaranıb. Ailə üzvlərindən biri ona həkim tərəfindən təyin edilməyən antibiotiki inyeksiya yolu ilə yeridib.
İynədən dərhal sonra halı pisləşən kişi dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.
101











