Abşeron və Gəncədə mağazaları talayan dəstənin üzvləri saxlanılıb
Abşeron rayonunda silsilə oğurluq hadisələri baş verib. Naməlum şəxslər Xırdalan şəhərində bir, Masazır qəsəbəsində isə iki mağazanın qapısını sındıraraq içəri daxil olub və obyektlərdən ümumilikdə 2300 manat pulu talayıblar.
DİN-in mətbuat xidmətindən 1news.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olaraq oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunan A. Qurbanov, Ü. Şərifov və S. Kərimov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların Gəncə şəhəri ərazisində yerləşən ayrı-ayrı iki marketdən də nağd pul, tütün məmulatı və digər məhsulları taladıqları məlum olub.
Faktlar üzrə araşdırmalar davam etdirilir.
78












