Sumqayıt, Abşeron və Qaradağın bir hissəsində su kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt, Abşeron və Qaradağın bir hissəsində su kəsiləcək

17:18 - Bu gün
Sumqayıt, Abşeron və Qaradağın bir hissəsində su kəsiləcək

22 fevral saat 22:00-dan, 24 fevral gecə saatlarınadək Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Məlumata görə, fasiləyə səbəb magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar işlərin görülməsidir.

Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər