Neftçalada baş verən qəzada azyaşlı ölüb - YENİLƏNİB
Neftçala rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1-i qadın, 2-i kişi olmaqla xəsarət alan 3 nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1news.az APA-ya istinadən xəbər verir ki, Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
“Hazırda onların müalicələri davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir”, - məlumatda vurğulanıb.
15:36
Neftçalada baş verən qəzada azyaşlı ölüb.
1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Neftçala rayonunun Surra kəndi ərazisində qeydə alınıb.
Avtomobillərin toqquşmadı nəticəsində azyaşlı sərnişin ölüb.
Faktla bağlı araşdırma aparılır.












