Qəbələdə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb

09:09 - Bu gün
Qəbələdə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb

Qəbələdə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 26-da saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Nic qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 28 yaşlı Mətin İbrahimov hadisə yerində ölüb. Sərnişini, 2000-ci il təvəllüdlü Kənan Zakirzadə isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər