Zaur Əliyev: İcbari tibbi sığorta ilə daha geniş əhali tibbi xidmətlərə çıxış əldə edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaur Əliyev: İcbari tibbi sığorta ilə daha geniş əhali tibbi xidmətlərə çıxış əldə edəcək

Qafar Ağayev10:20 - Bu gün
Zaur Əliyev: İcbari tibbi sığorta ilə daha geniş əhali tibbi xidmətlərə çıxış əldə edəcək

““Tibbi sığorta haqqında” qanuna edilən dəyişikliklər icbari tibbi sığorta ilə əhatə olunan şəxslərin dairəsinin genişlənməsinə imkan verib”.

1news.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2025-ci ilin yekunları ilə bağlı mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, dəyişikliklərə əsasən, artıq həbs edilmiş, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) icbari tibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi təmin olunur.

“Ədliyyə Nazirliyinin tibb müəssisələrində zəruri avadanlıq və ya mütəxəssis olmadığı hallarda həmin şəxslərə tibbi xidmətlər icbari tibbi sığorta hesabına göstəriləcək. Bu mexanizm çərçivəsində ildə təxminən 1500 nəfərə qədər şəxsin tibbi xidmətlərlə əhatə olunması planlaşdırılır və bu məqsədlə 200 min manatadək maliyyə vəsaiti ayrılıb”.

Zaur Əliyev həmçinin vurğulayıb ki, Agentlik Azərbaycan Respublikasının vətəndaşlarının, qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərin də icbari tibbi sığortadan yararlanmasını təmin edir.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər