Sədr: İcbari tibbi sığorta haqqının hesablanma qaydasında dəyişiklik edilib
“Qeyri-dövlət və qeyri-neft/qaz sektorunda çalışanlar üzrə icbari tibbi sığorta haqqının hesablanma mexanizmi yenilənib”.
1news.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2025-ci ilin yekunları ilə bağlı mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib
O bildirib ki, yeni qaydaya əsasən, işəgötürən tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən isə 0,5 faiz icbari tibbi sığorta haqqı tutulacaq
Sədrin sözlərinə görə, işçi tərəfindən də eyni qayda tətbiq olunacaq: əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən isə 0,5 faiz sığorta haqqı ödəniləcək
Zaur Əliyev qeyd edib ki, əvvəl bu hesablamalar üçün yuxarı hədd 8000 manat təşkil edirdi və dəyişiklik icbari tibbi sığorta sistemində daha balanslı mexanizmin formalaşdırılmasına xidmət edir.












