Şəxsin arvadına xəsarət yetirdikdən sonra intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəxsin arvadına xəsarət yetirdikdən sonra intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb

11:10 - Bu gün
Şəxsin arvadına xəsarət yetirdikdən sonra intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb

Xətai rayonunda şəxsin arvadına xəsarət yetirdikdən sonra intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a məlumat verilib.

Bildirilib ki, yanvarın 25-də Xətai rayonu ərazisində Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adamöldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər