Qardaşı uşaqlarını baltalayan şəxsin ölümünün TƏFƏRRÜATI - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Qardaşı uşaqlarını baltalayan şəxsin ölümünün TƏFƏRRÜATI - YENİLƏNİB

14:59 - Bu gün
Qardaşı uşaqlarını baltalayan şəxsin ölümünün TƏFƏRRÜATI - YENİLƏNİB

Cəlilabadda qardașı uşaqlarını öldürən Naǧıyev Əli Hüseynbala oǧlu saxlanıldığı müəssisədə təkbaşına qaldığı kameradakı çarpayının 2-ci mərtəbəsindən bașı üstə özünü yerə atıb.

1news.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bundan sonra o, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilərək orada müalicə olunub, göstərilən tibbi yardımlara baxmayaraq Naǧıyev Əli Hüseynbala oǧlu fevralın 3-də müalicə olunduğu xəstəxanada ölüb.

Xəstəxanadan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, fevralın 3-ü saat 00:10 radələrində1977-ci il təvəllüdlü kişi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün gicgah sümüyünə dəvam edən xətti sınığı, sol təpə gicgah nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması diaqnozları təyin edilib.

Sol alın təpə gicgah nahiyədə dekompressiv trepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgah subdural, sol gicgah payının beyindaxili hematomasının xaric edilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 04.02.2026-cı il tarixində 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

***

14:21

Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi vəfat edib.

1news.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Ə.Nağıyev dünən gecə saatlarında dünyasını dəyişib.

Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılmışdı. Onun Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu deyilirdi.

Paylaş:
158

Son xəbərlər

Bütün xəbərlər