Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri müzakirə olunub

16:41 - Bu gün
Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri müzakirə olunub

3 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov və Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Alibek Bakayev arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyində olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, 2 aprel tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünün keçirilməsi yüksək qiymətləndirilib. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə eyni zamanda, regional və beynəlxalq gündəliyin aktual məsələlərinə toxunulub.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər