Filippinlərdə yük təyyarəsi qəzaya uğrayıb: Ölənlər var | 1news.az | Xəbərlər
Dünya

Filippinlərdə yük təyyarəsi qəzaya uğrayıb: Ölənlər var

Oksana Orucova15:08 - Bu gün
Filippinlərdə yük təyyarəsi qəzaya uğrayıb: Ölənlər var

Filippinlərnin Palavan adasına bağlı Koron ərazisində yük təyyarəsinin qəzaya uğraması nəticəsində 2 pilot həyatını itirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Milli Polis Aviasiya Təhlükəsizlik Qrupu açıqlama verib.
Açıqlamaya görə, hadisə Barangay Dekalacho yaşayış məntəqəsində, Busuanga Hava Limanı yaxınlığında baş verib. Qəza yerli vaxtla saat 11:00 radələrində qeydə alınıb.

Hadisədən sonra hava limanında uçuş-enmə əməliyyatları müvəqqəti dayandırılıb.

Aparılan işlər başa çatdıqdan sonra hava limanının fəaliyyəti yenidən bərpa olunub.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər