Goranboyda 30 ton ot bağlaması yandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda 30 ton ot bağlaması yandı

15:27 - 04 / 02 / 2026
Goranboyda 30 ton ot bağlaması yandı

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində ümumi sahəsi 180 m² olan tövlənin yanar konstruksiyaları 140 m² sahədə və çardağına yığılan 30 ton ot bağlaması yanıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilir ki, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər