At ətini mal əti adı ilə satmaq istəyənlər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

At ətini mal əti adı ilə satmaq istəyənlər saxlanıldı

10:59 - Bu gün
At ətini mal əti adı ilə satmaq istəyənlər saxlanıldı

Tərtərdə polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar.

1news.az Trend-ə istinadən xəbər verir ki, T.Cəfərova məxsus yarımtikiliyə baxış zamanı çəkisi 146 kiloqram olan qidaya yararsız at əti aşkarlanıb.

Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər. Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər