Səfirlik: ABŞ şirkətləri Azərbaycanda Vaşinqton razılaşmalarının reallaşdırılmasına töhfə verəcək
ABŞ-ın Müvəqqəti işlər vəkili Emi Karlon investisiya və iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə ABŞ-ın 31 aparıcı şirkətinin nümayəndələrini Bakıda qəbul edib.
1news.az xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşılıb.
Bildirilib ki, bu, ABŞ Ticarət Palatasının rəhbərliyi ilə Azərbaycana təşkil olunan ilk biznes nümayəndə heyətidir və 2025-ci ilin avqustunda Prezident Tramp və Prezident İlham Əliyev tərəfindən imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ABŞ-ın səylərinin tərkib hissəsidir.
Müvəqqəti işlər vəkili Karlon bildirib ki, ABŞ şirkətləri dünyada ən innovativ şirkətlərdir və 8 avqust razılaşmalarının tam potensialının reallaşdırılmasına töhfə verəcəklər.












