Bakı və Əbu-Dabinin qardaşlaşması ilə bağlı Memorandum imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı və Əbu-Dabinin qardaşlaşması ilə bağlı Memorandum imzalanıb

Qafar Ağayev13:24 - Bu gün
Bakı və Əbu-Dabinin qardaşlaşması ilə bağlı Memorandum imzalanıb

Bakı və Əbu-Dabi arasında fevralın 11-də qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə 1news.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, memorandum Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl- Şorafanın rəhbərliyi ilə BƏƏ nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində imzalanıb.

Nümayəndə heyəti BŞİH-nin başçısı Eldar Əzizovla görüşüb. Görüşdə Eldar Əzizov qeyd edib ki, bu gün iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olması hər iki dövlətin rəhbərlərinin fəaliyyətinin nəticəsidir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabiyə səfəri çərçivəsində 2026-cı il fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə iki şəhərin qardaşlaşması məsələsi müzakirə olunub.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər