2025-ci ildə ekspertlər tərəfindən 2 milyondan çox obyekt üzərində tədqiqat aparılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

2025-ci ildə ekspertlər tərəfindən 2 milyondan çox obyekt üzərində tədqiqat aparılıb

Qafar Ağayev12:45 - Bu gün
2025-ci ildə ekspertlər tərəfindən 2 milyondan çox obyekt üzərində tədqiqat aparılıb

2025-ci il ərzində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 20 növ və 41 ekspert ixtisası üzrə ekspertlər tərəfindən 26.890 iş barədə ekspert rəyi və arayış verilib.

Ədliyyə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Verilmiş rəy və arayışların daxil olmuş işlərə nisbəti 2024-cü il ilə müqayisədə 6.6 faiz artıb.

Hesabat dövründə ekspertlər tərəfindən 2.216.778 obyekt üzərində tədqiqat aparılıb, məhkəmələr və hüquq-mühafizə orqanları tərəfindən qərar və qərardadlarda qoyulmuş 78.808 sual cavablandırılıb.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər