KARE x Karim Rashid ilə kollaborasiya çərçivəsində ərsəyə gələn “Fluid Realities” kolleksiyasını təqdim edir - FOTO
"KARE" və Karim Rashid arasındakı kollaborasiyanın dünya premyerası cəsur və dərin emosional çalarlara malik "Fluid Realities" kolleksiyasının təqdimatı ilə əlamətdar oldu.
Brend bu eksklüziv birgə layihəni təqdim etməklə cari ildə brendin kreativ təkamülünü və dizayn sahəsindəki beynəlxalq təcrübəsini inamla nümayiş etdirdi. Yeni "Fluid Realities" kolleksiyasının yaradılması üçün KAREnin dizayn şöbəsinin rəhbəri və baş icraçı direktoru Yürgen Rayter layihəyə ulduz dizayner Karim Rashidi dəvət edib. Karim Rashid təkrarolunmaz və gələcəyə yönəlmiş estetikası ilə dünya miqyasında dərhal tanına bilən simvolik dizayn imzası ilə məşhur olan, zəmanəmizin ən nüfuzlu dizaynerlərindən biri hesab olunur.
KARE brendinin baş icraçı direktoru Peter Şönhofenin vurğuladığı kimi, Karim Rashid emosional cəlbedicilik və yumor hissi ilə zəngin cəsarətli dizaynı təcəssüm etdirir. Bu keyfiyyətlər nəinki brendin "DNT"-si ilə mükəmməl ahəng təşkil edir, həm də qlobal auditoriyanın diqqətini cəlb edir. Karim Rashid görə, dizayn gündəlik həyatın ayrılmaz bir məfhumudur: insanın özünü, həqiqətən, evdə hiss etməsi üçün mebel onun ruhunun bir parçasına çevrilməlidir.
Yeni kolleksiyaya futuristik zərifliyin funksional sadəliklə vəhdət təşkil etdiyi 60-a yaxın mebel və işıqlandırma predmeti daxil edilib. "KARE"nin ekspressiv estetikasına sadiq qalan kolleksiya brendi dizaynın yeni bir mərhələsinə daşıyır. Peter Şönhofenin fikrincə, bu kollaborasiya brendin təkamülündə məntiqi bir addım və bütün bazara ünvanlanmış aydın, inamlı bir mesajdır.
"KARE"nin təsisçiləri Yürgen Rayter və Peter Şönhofen ilə sıx əməkdaşlıq şəraitində yaradılan kolleksiya həm sahibkarlıq cəsarətini, həm də ortaq yaradıcı vizyonu əks etdirir. Karim Rashidın sözlərinə görə, "KARE" brendinin "DNT"-si və hər iki yaradıcısının sarsılmaz ruhu onu güclü xarakterə malik, ağ, çəhrayı və texno-çalarlardan ibarət müasir rəng palitrası ilə emosional cazibə yaradan və brendin əsas dəyərlərini inandırıcı şəkildə ifadə edən bir kolleksiya yaratmağa ilhamlandırıb.
Karim Rashid’in dizayn fəlsəfəsinin mərkəzində istər evdə, istər ofisdə, istərsə də ictimai məkanlarda futuristik və emosional cəhətdən zəngin ab-hava axtaran insanlar üçün müvafiq məkanlar yaratmaq arzusu dayanır. Onun ideal auditoriyası, eynilə KARE pərəstişkarları kimi, minimalizmlə birləşən həssaslığı yüksək qiymətləndirən, öz ətrafını sevinc bəxş edən, maraq oyadan və düşünməyə vadar edən əşyalarla əhatə etməyə üstünlük verən insanlardır.
Aktivində 4000-dən çox dizayn işi, 400-dən çox mükafat və 40 ölkədə həyata keçirilmiş layihələr olan Karim Rashid müasir interyer və predmet dizaynında inqilab törədib. Onun təkrarolunmaz üslubu – axıcı, orqanik formaların yumşaq solğun çalarlarla və cəsarətli neon vurğularla vəhdəti – Karim Rashid müasir dövrün ən nüfuzlu dizaynerlərindən biri statusunu möhkəmləndirib.
KARE Design GmbH mebel, işıqlandırma və ev aksesuarları istehsalı üzrə ixtisaslaşmış beynəlxalq səviyyəli özəl şirkətdir. Özünün "Joy of Living" şüarına sadiq qalan brend geniş üslub spektrini əhatə edən qeyri-adi ev dizaynı çeşidlərini hazırlayır və bazara təqdim edir. KARE-nin biznes ekosistemi pərakəndə satış şəbəkəsini, topdansatış kanallarını, françayzinq sistemini, eləcə də elektron ticarət istiqamətini və kommersiya layihələri ilə iş üzrə ixtisaslaşmış törəmə şirkəti özündə birləşdirir. Bu gün KARE dünyanın əlli ölkəsində 120 françayzinq tərəfdaşı ilə əməkdaşlıq edir. Əsası 1981-ci ildə Yürgen Rayter və Peter Şönhofen tərəfindən qoyulmuş şirkət bu gün də təsisçiləri tərəfindən sahibkar və baş icraçı direktor qismində idarə olunmaqdadır.
Bu və bir sıra digər KARE kolleksiyalarını brendin Bakıdakı butikində canlı olaraq qiymətləndirmək mümkündür. KARE ziyarətçiləri AF Mall, Səməd Vurğun küçəsi, 34 (Tel.: +994 51 201 92 84) ünvanında yerləşən şou-rumuna dəvət edir. Burada qonaqlar brendin dizayn fəlsəfəsi ilə yaxından tanış ola və peşəkar məsləhətlər ala bilərlər.
KARE brendinin Azərbaycandakı rəsmi və eksklüziv distribütoru ITALDIZAIN şirkətidir.
Ətraflı məlumat üçün: https://www.kare-design.com/az-az
Italdizain haqqında
1996-cı ildə təsis edilmiş Italdizain şirkəti fəaliyyətinin Azərbaycana İtaliyadan keyfiyyətli mətbəx avadanlıqlarının təchizatı üzrə ixtisaslaşmışdı. Ötən illər ərzində şirkət yeni biznes istiqamətlərini uğurla mənimsəyib inkişaf etdirərək fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə genişləndirmişdir. Hazırda "Italdizain" lüks zərgərlik məmulatları, saatlar, süfrə ləvazimatları, həmçinin ev və interyer aksesuarlarının təqdim olunduğu butiklər şəbəkəsini idarə edən iri holdinqdir.
KARE brendi haqqında
KARE-nin tarixi 1981-ci ilə, iki tələbə – Yürgen Rayter və Peter Şönhofenin Münhendə kiçik bir mebel mağazası açdığı dövrə gedib çıxır. Onların əlçatan qiymətlərlə cəsur, qeyri-adi dizaynlar yaratmaq həvəsi ilə birləşən "Joy of living” yanaşmasına əsaslanan missiyası brendin fəlsəfəsinin bünövrəsini təşkil etmişdir.
Hazırda KARE dünya üzrə 50-dən çox ölkədə təmsil olunan, 100-dən çox brend və françayzinq mağazası, eləcə də 100-ə yaxın mağazada alış-veriş nöqtəsi olan qlobal bir müəssisədir. Şirkətin məhsul portfelinə təxminən 5000 adda məhsul daxildir və hər il orta hesabla 2000 yeni məhsul təqdim olunur. Kolleksiyalar mebel, işıqlandırma həlləri, dekor və yaradıcı interyer dizayn konsepsiyalarını əhatə edir.
2014-cü ildə brend Münhendə özünün flaqman məkanını – 10000 m² sahəyə malik, restoranı və damında terrası olan KARE Kraftwerk sərgi məkanını istifadəyə vermişdir.
Reklam hüququnda

















