Gəncədə qanunsuz tikinti işlərinin qarşısı alınıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə qanunsuz tikinti işlərinin qarşısı alınıb - VİDEO

10:30 - Bu gün
Gəncədə qanunsuz tikinti işlərinin qarşısı alınıb - VİDEO

Gəncədə qanunsuz tikili sökülüb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Cavadxan qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər