Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

11:20 - Bu gün
Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xırdalandakı “Kristal Abşeron” kompleksində baş verib. Saat 02 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb.

O, ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər