Bakıda evdən 6000 manat dəyərində məişət əşyaları oğurlayan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evdən 6000 manat dəyərində məişət əşyaları oğurlayan şəxs saxlanılıb

11:04 - Bu gün
Bakıda evdən 6000 manat dəyərində məişət əşyaları oğurlayan şəxs saxlanılıb

Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.

1news.az xəbər verir ki, rayon ərazisində yerləşən mənzillərin birində ev sahibinin olmamasından istifadə edən naməlum şəxs içəri daxil olaraq 6000 manat dəyərində məişət əşyalarını talayıb.

Nizami RPİ 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Salahov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər