Yaponiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi bir neçə günlük fəaliyyəti dayandırır | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaponiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi bir neçə günlük fəaliyyəti dayandırır

Qafar Ağayev17:08 - 06 / 03 / 2026
Yaponiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi bir neçə günlük fəaliyyəti dayandırır

Orta Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin konsulluq şöbəsi martın 10-dan 13-dək müvəqqəti fəaliyyət göstərməyəcək.

1news.az xəbər verir ki, bu barədə səfirliyin yaydığı məlumatda bildirilib.

Bildirilir ki, martın 9-u Azərbaycanda qeyri-iş günü elan edildiyi üçün həmin gün səfirlikdə də qeyri-iş günü olacaq.

Paylaş:
207

Son xəbərlər

Bütün xəbərlər