“Məmməd Süleymanov” gəmisi “Qoşadaş” sahəsində tədqiqat işlərinə cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Məmməd Süleymanov” gəmisi “Qoşadaş” sahəsində tədqiqat işlərinə cəlb olunub

Qafar Ağayev10:25 - Bu gün
“Məmməd Süleymanov” gəmisi “Qoşadaş” sahəsində tədqiqat işlərinə cəlb olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Məmməd Süleymanov” mühəndis-geoloji gəmisi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qoşadaş” sahəsində həyata keçirilən dəniz dibi tədqiqatlarında iştirak edir.

Qurumdan 1news.az-a verilən məlumata görə, İşlərə başlamazdan əvvəl gəmi Qaradağ limanında layihəyə hazırlıq məqsədilə müvafiq avadanlıqlarla təchiz olunub.

“Məmməd Süleymanov” gəmisi dənizin kontinental şelfində stasionar hidrotexniki qurğuların tikintisinin və üzən qazma qurğuların nöqtəyə qoyulmasının təmin edilməsi məqsədilə dəniz dibinin mühəndis-geoloji tədqiqatlarının aparılması və mühəndis-geoloji planının hazırlanması üçün nəzərdə tutulub.

Gəmi vasitəsilə dənizin 300 metrədək dərinliyində çöküntü süxurlarının yuxarı qatının geoloji quruluşu seysmoakustik metodlarla, həmçinin qurunt nümunələri götürülməklə öyrənilir.

“Məmməd Süleymanov” gəmisinin uzunluğu 45 metr, eni 9 metr, bortunun hündürlüyü isə 5 metrdir.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər