Bölgələrdə şimşək çaxacaq, yağıntılar intensivləşəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bölgələrdə şimşək çaxacaq, yağıntılar intensivləşəcək - XƏBƏRDARLIQ

15:22 - Bu gün
Bölgələrdə şimşək çaxacaq, yağıntılar intensivləşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Paylaş:
105

Son xəbərlər

Bütün xəbərlər