Qanunsuz saxlanılan odlu silahlar aşkar olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz saxlanılan odlu silahlar aşkar olunub

10:40 - Bu gün
Qanunsuz saxlanılan odlu silahlar aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 20 tüfəng, 4 patron darağı və 119 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər