Ağdamda kənd sakini minaya düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda kənd sakini minaya düşüb

1news Redaksiyası14:17 - 26 / 03 / 2026
Ağdamda kənd sakini minaya düşüb

Ağdamda mina hadisəsi baş verib.

1news.az APA-ya istinadən hadisə rayonun işğaldan azad olunmuş Yusifcanlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb.

Hazırda ANAMA əməkdaşları yaralının ərazidən çıxarılması üçün hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
1040

Son xəbərlər

Bütün xəbərlər