Şəmkirdə anasını qətlə yetirən kişi özünü yandırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə anasını qətlə yetirən kişi özünü yandırıb

15:44 - Bu gün
Şəmkirdə anasını qətlə yetirən kişi özünü yandırıb

Şəmkirdə qətl hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

Kənd sakini sakini 33 yaşlı Anar Allahverdiyev küt alətlə 66 yaşlı anası Çiçək Sərdarovanı qətlə yetirib. O, daha sonra üzərinə sürtkü yağı tökərək özünü yandırıb. Onun öldüyü bildirilir.

Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər