10 gündə təcili tibbi yardım xidmətinə 50 minə yaxın müraciət daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

10 gündə təcili tibbi yardım xidmətinə 50 minə yaxın müraciət daxil olub

11:01 - Bu gün
10 gündə təcili tibbi yardım xidmətinə 50 minə yaxın müraciət daxil olub

20-30 mart tarixlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

TƏBİB-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə bu tarixlərdə 22 922 çağırış daxil olub. Çağırışlardan 2 107 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 24 129 çağırış daxil olub. 2 059 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Bakı şəhəri üzrə ən çox müraciət 21.03.2026-cı il tarixində qeydə alınıb.

Belə ki, müraciət sayı 2 255, hospitalizasiya olunanların sayı 243 nəfər təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji, respirator və digər xəstəliklərlə bağlı olub.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər