Paşinyan Moskva səfərindən danışdı: Səfəri çox uğurlu hesab edirəm
Ermənistan Baş naziri Nikol Paşinyan Moskva səfərini çox uğurlu adlandırıb və görüş zamanı müxtəlif sahələrdə razılaşmaların əldə edildiyini bildirib.
"Armenpress"in məlumatına görə, Baş nazir brifinqdə səfər çərçivəsində əldə olunan razılaşmalar barədə sualı cavablandırarkən deyib:
"Biz gündəliyimizin demək olar ki, bütün istiqamətlərində mədəniyyət, iqtisadiyyat və hərbi-texniki əməkdaşlıq da daxil olmaqla konkret razılaşmalar əldə etmişik. Bu baxımdan səfəri çox uğurlu hesab edirəm", — Paşinyan vurğulayıb.
Qeyd edək ki, Paşinyan aprelin 1-də Moskvaya işgüzar səfər edib və səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
76












