Cəlilabadda ahıl kişi yanaraq ölüb
Cəlilabadda ahıl kişi yanaraq ölüb.
1news.az xəbər verir ki, Maşlıq kənd sakini 1941-ci il təvəllüdlü Nuriyev Bəhrəm Bayrı oğlu yaşadığı - qohumuna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə baş vermiş yanğın nəticəsində ölüb.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.
71












